RU

Qurbanov: Traktor ilə yoldaşlıq oyunu keçirsək, şad olaram

Qurbanov:

“Qarabağ” Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Gunaz.tv

GünazTV xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Traktor ilə yoldaşlıq oyununun keçirilməsini arzu etdiyini bildirib.

"Sizcə, “Qarabağ” – “Traktor” qardaşlıq matçının keçirilməsinin vaxtı çatıbmı?" sualını Qurban Qurbanov bu şəkildə cavablandırıb:

“Traktor”u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq.

Избранный
0
xalqcebhesi.az

1Источники