RU

Hüseynin hamıdan gizlətdiyi qardaşı varmış: "Onu tapanda çox ağladım"

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, ilk dəfə qardaşının olduğunu etiraf edib.

Musiqiçi Rusiyada yaşayan qardaşı barədə danışıb:

"Mənlik heç nə yoxdur. Rəhmətlik atamın işləridir. Onu 7 il öncə "Odnoklassniki" saytında tapdım. Rusiyada qardaşım var. Adı Pərvizdir, məndən yaşca böyükdür. Heç kəs bilmir, təkcə ailəmdən başqa. Rok ifaçısıdır. Vəsiqədə Pərviz Hüseynovdur, ancaq orada Stas kimi tanınır. Atamın birinci ailəsindən olan övladıdır. Münasibətimiz var, bayramlarda məni təbrik edir.

Qardaşımı tapanda çox ağladım. Axırıncı dəfə 1990-cı ildə görmüşdüm. Bir ilə qədər bizdə qaldı. Daha sonra Rusiyaya getdi. Onu axtarırdım, sosial şəbəkədə tapdım. Pandemiya vaxtı atamızın məzarını ziyarətə gəlmək istəyirdi. Dedim ki, gəlmə. Mənə qulaq asmadı. Zəng etdi ki, götürmədiyi sənədə görə məni sərhəddən geri qaytarırlar. İnsandır, məni səhv başa düşər ki, gəlməyini istəmirəm, ancaq onun yaxşlığına görə deyirdim".

Hüseyn
Milli.Az

Избранный
0
1
milli.az

2Источники