Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa çıxarılıb.
Bu barədə məlumat yerli elan saytlarında paylaşılıb.

Elana görə, lüks telefonun qiyməti 33 900 manatdır. Bu məbləğə ölkədə ikinci əl avtomobil, hətta bəzi hallarda sıfır kilometrajlı avtomobillər almaq mümkündür.
Satıcı telefonun unikal dizayna, keyfiyyətli materiallara və limitli istehsal sayına malik olduğunu qeyd edir.
Qeyd edək ki, "Vertu" markası dünyaca məşhur lüks telefon istehsalçısı kimi tanınır. Bu telefonlar texniki göstəricilərindən daha çox dizayn və prestijə görə yüksək qiymətlərlə satışa çıxarılır.
