RU

“Xristian dövləti ilə hərbi təlim keçirən yeganə müsəlman dövləti İrandır” - Politoloq

“Xristian dövləti ilə hərbi təlimi keçirən ilk və yeganə müsəlman dövlətiİrandır”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, İranın dövlət olaraq özünün, yoxsa SEPAH-ın İslam qanunlarını kobud pozduğu aydın bəllidir:

“Müsəlmanların kompakt yaşadığı Yaxın Şərq regionunda xristian dövləti ilə ilk hərbi təlimi İran keçirdi. Ola bilər İran dövləti bunu SEPAH-ın boynuna qoysun. İran İslam inqilabının banisi Seyid Ruhulla Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni də Roma Papasının dəfni ilə əlaqədar Vatikanın İrandakı səfirliyində başsağlığı verdi və İslam-Xristian əlaqələrindən danışdı. Babasının ilk dövrlərində baş verən bəzi şeyləri yada saldı”.

Politoloq qeyd edib ki, İranın indiki dövrdə siyasətini dəyişmədən aparması müsəlman dövlətləri tərəfindən diqqətdən kənarda qala bilməz:

“Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və s. İslam Əməkdaşlıq Təşkilatında məsələ qaldıra, İslam amalına uyğun gəlməyən hərəkətlərdən ötrü cəza müəyyən edə bilərlər”.



Xəbər 2 dəfə oxunub.
Избранный
0
xezernews.az

1Источники