RU

Müller mütləq rekordçu oldu

BAKI, 5 may. TELEQRAF

"Bavariya"nın futbolçusu Tomas Müller karyerasında 13-cü dəfə Almaniya Bundesliqasının qalibi adını qazanıb.

Teleqraf xəbər verir ki, 36 yaşlı hücumçu Almaniya çempionluqları sayında Manuel Noyer (12), David Alaba və Robert Levandovskini (hər ikisi 10) qabaqlayaraq, mütləq rekordçu olub.

Müller ümumilikdə 34-cü kubokunu qazanaraq almaniyalılar arasında ən titullu futbolçu Toni Kroosa çatıb.

O həm də Avropanın top-5 liqalarındakı qızıl medal sayında İngiltərə "Mançester Yunayted"inin sabiq yarımmüdafiəçisi Rayan Giqqzin rekordunu təkrarlayıb.

Qeyd edək ki, Tomas Müller cari mövsümün sonunda "Bavariya"dan ayrılacaq. Münhen təmsilçisi çempionatın bitməsinə iki tur qalmış birinciliyi təmin edib.

Избранный
0
teleqraf.com

1Источники