RU

Süni intellekt bəzi dövlət məmurlarını əvəz edə bilər-İlon Mask

Süni intellekt hazırda dövlət qulluqçularının bəzi tapşırıqlarını yerinə yetirə bilər.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Mask bu fikri Kaliforniyanın Beverli-Hills şəhərində Milken İnstitutunun Qlobal konfransının qapalı sessiyasında səsləndirib.

“ABŞ hökumətini səmərəsiz adlandıran İlon Maskın fikrincə, hazırda bəzi dövlət qulluqçularının yerinə yetirdiyi funksiyaları süni intellekt öz üzərinə götürməlidir”, – deyə məlumatda bildirilir.

Konfransda, həmçinin Amerikalı sahibkarın “SpaceX” və “Neuralink” kompaniyasının işləri də müzakirə olunub.

Избранный
0
3
azpost.info

4Источники