RU

"Çempionlar Liqasında oynamaq arzumdur" - Koxalski

style='margin-bottom:10px;'>

“Yaxşı oyun keçirdik. Qalib gəldiyimiz üçün sevinirəm. Daha 3 xal qazandıq. Hər şey yaxşıdır. “Sumqayıt” məğlub olsa da, yaxşı mübarizə apardı”.

QOL.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Misli Premyer Liqasının 33-cü turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Polşalı qolkiper “Qarabağ”la ilk dəfə çempionluq sevinci yaşadığı üçün xoşbəxt olduğunu bildirib: “Çempion olmaq çox gözəl hissdir. Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacağıq. Bu turnirdə oynamaq mənim arzumdur. Nəinki mənim, məncə, hər futbolçu qitənin 1 nömrəli klub turnirində çıxış etməyi arzulayır”.

O, növbəti matçlarda motivasiya baxımından problem yaşamayacaqlarını vurğulayıb: “Düzdür, artıq çempionluğu təmin etmişik. Qarşıdakı turlar bizim üçün əhəmiyyət daşımır. Lakin bu, motivasiyamıza hər hansı şəkildə təsir edə bilməz. Hamının arzusu hər matçda qələbə qazanmaqdır. Bu oyunlarda baş məşqçi rotasiyalar edir. Komandamızda güclü rəqabət var. Hər kəs öz mövqeyi uğrunda mübarizə aparır”.

25 yaşlı qolkiper növbəti turda “Araz-Naxçıvan”a qarşı keçiriləcək matçdan da söz açıb: “Çətin olacaq. “Araz-Naxçıvan” çox yaxşı oynayır. Fiziki cəhətdən də çox güclüdürlər. Onlarla mübarizə hər zaman çətindir. Bununla belə, məqsədimiz hər matçda olduğu kimi qalib gəlməkdir”.

M.Koxalski gələn mövsümdə də “Qarabağ”ın uğurları üçün çalışacağını söyləyib: “Qarabağ”da hər şey məni qane edir. Üstəlik, klubla daha 2 illik müqaviləm var”.

Избранный
0
2
teleqraf.com

3Источники