Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfərə yollanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 5-də Yunanıstana işgüzar səfərə yollanıb", - məlumatda bildirilib.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Yunanıstana səfər zamanı iki ölkənin müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.
Mətləb Salahov