RU

Fateh Sultan Mehmetin portreti təqdim olundu

Londonda keçirilən sərgidə Fateh Sultan Mehmetin portreti və onun təsvir olunduğu nadir medalyonlar sənətsevərlərə təqdim olunub.

Kulis.az-ın məlumatına görə, Fatih Sultan Mehmetin (II Mehmet) portreti və Bellininin 1479-1481-ci illər arasında İstanbulda düzəltdiyi medalyonlar Orta əsrlərin ən əhəmiyyətli portretlərindəndir.

Fateh Sultan Mehmetin dəvəti ilə İstanbula gələn Bellini o dövrün Osmanlı həyatını əks etdirən əsərlər hazırlayıb.

Bellininin "Fateh Sultan Mehmet" portreti və hazırladığı medalyon hazırda Viktoriya və Albert Muzeyində nümayiş etdirilir.

Müxtəlif dövrlərdə aparılan müdaxilələr və konservasiya işləri nəticəsində portretdə zədələr yaranıb. Bunların arasında Fatehin təsvir olunduğu tağlı qapının ayağındakı yazılar diqqət çəkir.

Qismən məhv edilmiş mətnlərin oxunaqlı hissəsində "1480, 25 noyabr" ifadəsi görünür. Qapının digər ayağında isə latın dilində "Viktor Orbis" ("Dünyanın Fatehi") ifadəsini oxumaq olar. Portretin yuxarı künclərindəki üç tacın Fateh Sultan Mehmetin fəth etdiyi üç dövləti simvolizə etdiyi düşünülür.

İncəsənət tarixçilərinin fikrincə, bu taclar İstanbulun fəthi ilə sona çatan Roma İmperiyasını, Yunanıstan Trabzon İmperiyasını və Anadolunun fəthi mənasını verən Konyanı təmsil edir.

Medalyonlarda Fateh at üzərində təsvir edilib.

Muzeydəki digər Fateh medalyonunda italyan rəssamı Konstansa De Ferreranın imzası var.

Medalyonun arxa tərəfində at üzərində Fatih Sultan Mehmet təsvir edilib. De Ferreranın bu medalyonu Fatehin ölümündən sonra satmaq üçün hazırladığı düşünülür.

Qeyd edək ki, Bellini və De Ferrera tərəfindən imzalanmış medalyonlar iş adamı və kolleksiyaçı Corc Saltinqin muzeyə hədiyyə etdiyi əsərlər sırasındadır.

Избранный
0
kulis.az

1Источники