RU

Sosial Fonddan 42 milyon manat oğurlanmasının təşkilatçısı Türkiyədə SAXLANILDI – FOTO

Rusiya Sosial Fondundan 2 milyard rubl (təxm. 42 milyon man) oğurlanmasının təşkilatçısı Türkiyədə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə RTVI mənbələri məlumat yayıb. Bildirilir ki, Rusiya Sosial Fondundan 2 milyard rubl oğurlanmasının təşkilatçısı İslam Seynaroyev Türkiyədə saxlanılıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi Rusiya Sosial Fondunun İnquş bölməsinin keçmiş müdirini fonddan milyardlarla dollarlıq oğurluqların təşkilatçılarından biri hesab edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
0
interpress.az

1Источники