RU

İran: ABŞ-nin nüvə proqramı ilə bağlı bəyanatları danışıqlara zərər vurur – ÖZƏL

ABŞ rəhbərliyinin İranın nüvə proqramının tamamilə ləğvinə dair bəyanatları destruktiv xarakter daşıyır və razılaşmanın əldə olunmasına mane olur. 

Olaylar.az xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bazar ertəsi keçirilən həftəlik mətbuat konfransında bildirib.

İsmayıl Bəqai qeyd edib ki, İran daim diplomatik yanaşmanın tərəfdarı olub və razılaşma üzrə danışıqların davam etdirilməsində israrlıdır. Onun bu açıqlaması ABŞ Prezidenti Donald Trampın bazar günü verdiyi, İranın nüvə proqramının tamamilə ləğv ediləcəyinə dair bəyanatına cavab olaraq səsləndirilib.

Qeyd edək ki, İran və ABŞ 2024-cü ilin aprel ayında Oman vasitəsilə üç mərhələli dolayı danışıqlar aparıb. Sonuncu raund 26 aprel tarixində baş tutub. Danışıqlarda ABŞ nümayəndə heyətinə Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, İran heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники