
“AzInCloud” platforması, istifadəçilərə yüksək təhlükəsizliklə təmin olunmuş, tam idarəolunan infrastruktur, 24/7 texniki dəstək və "istifadə etdiyin qədər ödə" modeli ilə rahat bulud xidmətləri təqdim edir. Platforma üzərindən fərdi və korporativ müştərilər, müxtəlif əməliyyat sistemləri, bulud market, monitorinq xidməti və digər üstünlüklərdən faydalana bilərlər .Əməkdaşlıq çərçivəsində “AzInCloud” platforması, “Gcore” şirkətinin qlobal şəbəkəsinə daxil olaraq, Azərbaycanın bu şəbəkədə 42-ci ölkə kimi təmsil olunmasına imkan yaradıb. Bu, ölkəmizin beynəlxalq texnoloji arenada mövqeyinin güclənməsinə və yerli istifadəçilərin qlobal səviyyəli xidmətlərə çıxışının təmin olunmasına şərait yaradır.Platforma, kiçik və orta sahibkarlar, fərdi sahibkarlar və fiziki şəxslər üçün əlçatan olmaqla yanaşı, istifadəçilərə www.azincloud.az veb-saytı vasitəsilə qeydiyyatdan keçərək, bank kartı ilə ödəniş edib xidmətlərdən yerindəcə yararlanmaq imkanı verir .
“AzInCloud”un istifadəyə verilməsi, Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına və texnoloji innovasiyaların təşviqinə mühüm töhfə verəcək.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Hava Proqnozu 5 May 2025
Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO
Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"