RU

Separatçı bölgədən müstəqillik iddiası: Ən düzgün yol budur

BAKI, 5 may. TELEQRAF

Rəhbərliyi Moldova hakimiyyətinin təzyiqi altında olan Qaqauz Muxtariyyəti ətrafındakı vəziyyət Dnestryanının (Moldovanın işğal edilmiş bölgəsi – red.) müstəqilliklə bağlı mövqeyinin düzgünlüyünə inandırır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyinə müsahibəsində tanınmamış Dnestryanı Respublikanın prezidenti Vadim Krasnoselski bildirib.

“Qaqauziya (Moldovanın bölgəsi – red.) ətrafında baş verən prosesləri izləyirik və bu, xoşumuza gəlmir. Çünki biz bütün bu variantları özümüzə, Dnestryanıya proyeksiya edirik və mövqeyimizin, Dnestryanının müstəqillik mövqeyinin düzgünlüyünə bir daha əmin olduq”, - Krasnoselski deyib.

Xatırladaq ki, Moldovanın mərkəzi hakimiyyəti ilə muxtar qaqauz bölgəsi arasında münasibətlər 2023-cü ildə Qaqauziyada keçirilən prezident seçkilərində rusiyayönlü Yevgeniya Qutsulun qalib gəlməsindən sonra pisləşib. Qutsul regionun Rusiya ilə dostluq əlaqələrini gücləndirmək niyyətində olduğunu açıqlayıb və Kişinyovun Moskva ilə bağlı siyasətini tənqid edib. Qutsul bölgədəki separatçı fəaliyyətlərinə görə bu ilin mart ayında həbs edilib.

Dnestryanı bölgəsinə gəlincə, bura 1990-cı illərdən Rusiya hərbi qüvvələrinin nəzarətində olan Moldova vilayətidir.

Избранный
0
teleqraf.com

1Источники