RU

Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacağını açıqladı


ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına müsahibəsində bildirib.
“Mən səkkiz il, iki müddət prezident olacağam. Mən həmişə bunun çox vacib olduğunu düşünmüşəm. Bir çox insan “Tramp 2028” yazısı olan papaq satır. Amma mən bunu etmək fikrində deyiləm. Mən dörd il işləyəcəyəm və sonra onu başqasına, böyük ehtimalla bir respublikaçıya təhvil verəcəyəm”, - Ağ Ev rəhbəri deyib.
Qeyd edək ki, martın 30-da Tramp mümkün üçüncü prezidentlik müddəti ilə bağlı şərhlərə ciddi yanaşdığını bildirib. O, namizədliyini irəli sürmək barədə düşünməyin tez olduğunu deyib, lakin bir çox insanın qərarı dəstəkləyəcəyini qeyd edib.
Xatırladaq ki, Amerika Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən çox dövlət başçısı seçilə bilməz.
Избранный
0
yeniavaz.com

1Источники