RU

Rusiyalı hakerlər Rumıniya hökumətinin internet saytlarına HÜCUM ETDİ

Rusiyalı hakerlər seçkilərin birinci turu günü Rumıniya hökumətinin internet saytlarına hücum ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rumıniyanın G4media nəşri məlumat yayıb.

Nəşr yazır ki, NoName057 (həmçinin DDOSİA kimi tanınır) haker qrupu Konstitusiya Məhkəməsinin, hökumətin, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin saytlarına, habelə namizədlər Krin Antonesku və Nikusor Danın səhifələrinə hücum edib.

Hakerlər bu barədə öz Telegram kanallarında məlumat verərək məsuliyyəti öz üzərinə götürüblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
0
interpress.az

1Источники