RU

DİQQƏT: Əfv sərəncamı olacaq? - FOND RƏHBƏRİ AÇIQLADI

"2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə bağlı Azərbaycan müstəqillik tarixində ən böyük əfv sərəncamı olmuşdur. Bu əfv sərəncamı 801 məhkuma şamil edildi. Bunların da mütləq əksəriyyəti ağır cəza alan şəxslər idi". Bu sözləri SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Ulu Öndərin doğum tarixi Azərbaycanın bütövlükdə tarixi ilə ayrılmazdır və hər zaman Ümummilli Liderin doğum günü ilə bağlı böyük silsilə tədbirlər həyata keçirilir: "Bu hadisə Azərbaycan dövləti var olduqca davam edəcəkdir. Amma əfv sərəncamının bütövlükdə nə zaman verilməsi məsələsi cənab Prezidentin konstitusion səlahiyyətidir. Ona görə də əfv sərəncamının bu il verilməsi ilə bağlı hələ ki dəqiq bir məlumat yoxdur. Lakin düşünürəm ki, bu yaxın zamanlarda əfv sərəncamı verilməyə bilər. Bizim iclaslarımız da davam etməkdədir.

Bilirsiniz ki, bu il həm də cənab Prezident tərəfindən "Konstusiya və Suverenlik" ili elan edilmişdir. Bu il də Azərbaycan tarixinin möhtəşəm səhifələrindən biridir. Ola bilsin ki, gələcəkdə bu münasibətlə bağlı əfv sərəncamı verilsin. Lakin mən bir daha qeyd etmək istəyirəm ki, bu barədə hər hansısa bir qərarın verilməsi və əfv sərəncamının imzalanması cənab Prezidentin səlahiyyətindədir. Gəlin tələsməyək. Cənab Prezidentin əfv sərəncamını gözləyək və onu da qeyd edim ki, bu il əfv sərəncamı cənab Prezident tərəfindən hər il olduğu kimi bu ildə vətəndaşlarımızı sevindərəcək. Çünki cənab Prezidentin bütün fəaliyyətində hümanizm və mərhəmət prinsipi əsas fəaliyyət prinsiplərindəndir".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
0
sia.az

1Источники