RU

Alpaqut Turan döyüş sənəti üzrə Bakı turniri uğurla başa çatıb

Şağan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə Bakı şəhər turniri keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Alpaqut Federasiyası, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə təşkil olunan yarışda ölkənin 15 komandasından 200-dən çox idmançı Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemlərində mübarizə aparıblar.

Turnirin açılış mərasiminə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) rəhbərliyi də dəvət olunmuşdu. AHİİTA İctimai Birliyinin Direktoru Tural Qasımov açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Избранный
0
ikisahil.az

1Источники