Ağdamda 49 yaşlı qadına it hücum edib.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Ergi qəsəbə sakini 1976-cı il təvəllüdlü Əliyeva Vəfa Hidayət qızı ilkin olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sol qolun bazu, said hissəsi və döş qəfəsində xəsarət diaqnozu qoyulub.
Vəziyyəti ağır qiymətləndirildiyi üçün ilkin tibbi yardım göstərildikdən sonra qadın Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 04.05.2025-ci il tarixində saat 17:30 radələrində Ağdam rayonunun Ergi qəsəbəsi ərazisində it dişləməsi səbəbilə 1 nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
1976-cı il təvəllüdlü şəxsə sol qolun bazu, said, bilək, döş qəfəsinin və qalça nahiyəsinin kəsilmiş, didilmiş yaraları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxs saat 18:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Zəruri instrumental-diaqnostik müayinə və müalicə prosesindən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Ziya Əmirxanlı