RU

Dəməşqlə druzlar arasında barışıq: Silahlar təhvil verilir

BAKI, 5 may. TELEQRAF

Mayın 1-də Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələri ilə druz nümayəndələri arasında əldə olunan razılaşmada yer alan “silahların təhvil verilməsi” bəndi qüvvəyə minib.

Teleqraf Suriya KİV-ə istinadla xəbər verir ki, bu çərçivədə Dəməşqin Cermana məhəlləsində ağır silahların təhvil alınması prosesi başlayıb.

Eyni prosesin Sahnaya və Əşrəfiyyə Sahnaya məhəllələrində də getdiyi bildirilib.

Ağır silahların Suriya Daxili İşlər Nazirliyinə mərhələli şəkildə təhvil verildiyi qeyd olunub.

Aprelin 28-də sosial media hesablarında paylaşılan və Məhəmməd Peyğəmbəri hədəf alan səsyazısı Suriyada böyük əks-səda yaradıb. Səsi qeydə alınan şəxs çıxışında druz icmasının sıx məskunlaşdığı Süveydə əyalətindən olduğunu bildirib.

Bunun ardınca aprelin 29-da bir çox vilayətdə nümayişlər keçirilib. Həmin günün axşam saatlarında Dəməşqin Cermana məhəlləsində başlayan gərginlik bəzi silahlı druz qruplarının Suriya hökumətinə bağlı təhlükəsizlik qüvvələrini pusquya salmasından sonra toqquşmaya çevrilib.

İsrail aprelin 30-u axşam saatlarında druzlara dəstək məqsədilə 5 döyüş təyyarəsi ilə Sahnaya 9 hava hücumu həyata keçirib.

Suriya rəhbərliyi paytaxt Dəməşqin cənubunda yerləşən Carmana məhəlləsində silahlı druz qrupları ilə başlayan və bütün Sahnayaya yayılan qarşıdurmanın ardınca mayın 1-də bölgəni nəzarətə götürdüyünü açıqlayıb.

Избранный
0
1
teleqraf.com

2Источники