2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri “əla” olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib.
Bu barədə Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatında bildirlib.
Rəsmi məlumata görə, ötənilki qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 50.44%-dir.
Qəbul imtahanlarında 315 məktəbin məzunları iştirak edib.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakı şəhərinin aşağıdakı təhsil ocaqlarının adları düşüb:
İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 saylı klassik gimnaziya;
Humanitar fənlər təmayüllü məktəb-lisey;
Texniki humanitar lisey;
2 saylı texniki-humanitar lisey;
147 saylı texniki-humanitar təmayüllü lisey;
İ.Hacıyev adına "Tərəqqi" liseyi;
“Zəngi” liseyi;
291 saylı Ekologiya liseyi;
287 saylı “Zəkalar” liseyi;
“Ankara Məktəbi” məktəb-liseyi;
62 saylı məktəb-lisey;
70 saylı məktəb-lisey;
220 aylı məktəb-lisey;
145 saylı tam orta məktəb;
161 saylı tam orta məktəb;
260 saylı tam orta məktəb.