RU

Kadr Bankına bu şəxslər daxil edilib

Kadr Bankına “Yüksəliş” müsabiqəsinin idarəetmə bacarıqları imtahanı, yarımfinal və final mərhələlərində iştirak etmiş şəxslər daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, onlar platforma üzərindən öz peşəkar fəaliyyətləri barədə məlumatları yerləşdirə və mütəmadi olaraq yeniləyə bilərlər. 

Qeyd olunub ki, bu sistem ölkənin istedadlı və yüksək potensiala malik kadrlarının tanıdılması və onların dövlət və özəl sektor tərəfindən cəlb olunması baxımından mühüm alət rolunu oynayır.

Vurğulanıb ki, müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Mina Mikayılova

Избранный
0
bakivaxti.az

1Источники