RU

Üç lider eyni gündə “xəstələndi”

Çinin rəhbəri mayın 7-dən 10-dək Rusiyaya rəsmi səfər edəcək.

Kremlin səfərlə bağlı açıqlamasında səfərin Qələbə günü paradında iştirakla paralel, hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirəsinə həsr olunacağı bildirilir.

Qələbə günü paradda Rusiyanın Avropadakı dostlarının iştirakı isə hələ qeyri müəyyəndir.

Kreml Ukrayna prezidenti Zelenskini Rusiyanın 72 saatlıq atəşkəs təklifini rədd etməsindən sonra Ukraynanı Qələbə Günü bayramına qatılan yüksək vəzifəli məmurların təhlükəsizliyini təhdid etməkdə ittiham edir.

Zelenski isə Ukraynanın mayın 9-da Rusiyaya səfər etməyi planlaşdıran xarici rəsmilərə təhlükəsizlik zəmanəti verə bilməyəcəyini bildirir.

Zelenski həm də Kremlin onlara qarşı təxribatlar törədə biləcəyi və daha sonra da bunda Ukraynanı günahlandırmağa çalışa biləcəyi barədə xəbərdarlıq edib.

Bir sıra qərb kəşfiyyat dairələrinə bağlı mərkəzlər artıq Kremldaxili qrupların təxribat planları ilə bağlı məlumatlar sızdırılıb.

Sızdırılan məlumatlarda Kreml daxili qruplarının təxribatlar törədə biləcəyi liderlərin arasında post-sovet ölkələri liderləriinin olması ehtimalı yüksək olaraq göstərilir.

Belə məlumatların fonunda Hindistanın rəhbəri Modi artıq Qələbə günü bayramında iştirak üçün Rusiyaya gəlməkdən imtina edib.

Rusiyanın Avropadakı yaxın dostları hesab edilən Slovakiya , Macarıstan və Serbiyanın prezidentlərinin də Qələbə günü Paradında iştirakı qeyri müəyyəndir.

Onların hər üçü, Slovakiya prezidenti Fico, Macarıstan lideri Orban və Serbiya prezidenti Vuçiç qəribə tərzdə eyni vaxtda sağlamlıqları ilə bağlı problemləri yaranıb və hər üçü xəstədirlər.

Serbiya Prezident administrasiyası prezident Vuçiçin əməliyyat olunması haqqında məlumatı özü paylaşıb.

Belə məlumatların fonunda “Qazprom”a yaxın media təsisatlarda kontr-mövqelər diqqət çəkir.

Bu təsisatlar təhlükəsizliyin təmin olunması üçün mayın 9-dək Moskvaya 280 ədəd hava hücumundan müdafiə sistemi gətirməsi haqqında məlumatları tirajlayır.

Qələbə Günü bayramı və paradın təhlükəsizliyini təmin etmək üçün hətta Tatarıstan və Çeçenistan hava hücumundan müdafiə sistemlərinin Moskvaya gətirilməsi və Moskva səmalarının təhlükəsizliyi üçün eşelon havadan müdafiə təşkili tirajlanan məlumatlar arasındadır.

Məlumata görə eşelon havadan müdafiə aşağıdakı sistemlərdən ibarətdir :

– RADAR ;

– S-400 hava hücumundan müdafiə raket sistemi;

– Binaların damlarında yerləşdirilən “Pantsir” sistemləri;

– Elektron müharibə avadanlığı və s .

Kreml Moskva səmalarında hər şeyin qaydasında gedəcəyinə əmin olmaq üçün bütün ölkənin HHS-ni ayağa qaldırıb.

Избранный
0
vaxt.az

1Источники