RU

İran-ABŞ danışıqlarının dördüncü raundunun bu həftənin sonunda baş tutacağı gözlənilir - KİV

ABŞ və İran rəsmilərinin bu həftənin sonunda nüvə danışıqlarının dördüncü raundu üçün görüşməsi gözlənilir. 

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, dəqiq tarix iki tərəf razılaşdıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, Tehran-Vaşinqton danışıqlarının dördüncü raundu mayın 3-də Romada keçirilməli idi, ancaq görüş təxirə salınıb. 

 

Daşqın HəsənovMissiya.Az

Избранный
0
missiya.az

1Источники