RU

Kapital axtaran sahibkarlara 150 min dollarlıq maliyyə aləti – rəqabətli şərtlərlə

“Bank Melli İran”ın Bakı Filialı biznes fəaliyyətini genişləndirmək istəyən hüquqi və fiziki şəxslər üçün sərfəli şərtlərlə yeni biznes kreditləri təqdim edir. Məqsəd – sahibkarların maliyyə ehtiyaclarını ödəmək və iqtisadi fəallığı dəstəkləməkdir.

Kredit şərtləri:

  • Kreditin məbləği: 150.000 ABŞ dollarının manatla ekvivalentinədək
  • İllik faiz dərəcəsi: 10 %-dən başlayaraq (Bankın proqramına uyğun müəyyən olunur)
  • Müddət: 60 ayadək
  • Bank xidmət haqqı: 1 %

Kimlər müraciət edə bilər?

  • Yaş həddi: minimum 21, maksimum 65 yaş
  • Sahibkarlıq fəaliyyəti: Hüquqi və fiziki şəxslər ən azı 12 ay müddətində aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar

Təminat və sığorta:

  • 17000 AZN-dək kreditlər üçün zaminlik kifayətdir
  • Daha yüksək məbləğlərdə: daşınmaz əmlak, girov qoyulmuş pul vəsaiti, qızıl və zinət əşyaları təminat kimi qəbul edilir
  • Zamin sayı – kredit məbləğindən asılı olmayaraq Kredit Komitəsi tərəfindən müəyyən olunur
  • Girov olaraq təqdim edilən daşınmaz əmlak sığortalanmalıdır – əmlakın dəyəri kredit məbləğinin 150 %-i qədər qəbul olunur
  • Əgər təminat daşınmaz əmlakdırsa, kredit xətti üzrə qaydalar tətbiq edilir

Əlavə şərtlər:

Kredit yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda daimi qeydiyyatda olan şəxslərə verilir. Ödənişlər isə aylıq bərabər və ya azalan qrafiklə həyata keçirilə bilər.

“Bank Melli İran” biznesini böyütmək, dövriyyəsini artırmaq və yeni imkanlar əldə etmək istəyən sahibkarlar üçün bu məhsulu rəqabətə davamlı və çevik imkanlarla təqdim edir.

Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/

Fuad Mədətov
Finss.az

Избранный
0
fins.az

1Источники