RU

Premyer Liqanın beş klubu Seskonu heyətinə qatmaq istəyir

"Leypsiq"in sloveniyalı hücumçusu Sesko nəhəng klubların transfer siyahısına düşüb.

İngiltərə Premyer Liqası klubları "Leypsiq"dən Benjamin Seskonun transferində maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "TBR Football" məlumat yayıb.

Mənbənin məlumatına görə, sloveniyalı forvardla “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl” maraqlanır. "Arsenal" oyunçu üçün ən çox ehtimal olunan namizəd hesab olunur: Seskonun Mikel Artetanın oyun strategiyasına yaxşı uyğunlaşa biləcəyi güman edilir.

"Arsenal" Seskoya ötən yay müqavilə təklif etsə də, futbolçu bundan imtina edərək "Leypsiq"lə müqaviləsini uzadıb. Bununla belə, bu mövsüm o, "Topçular"a qoşulmağa hazır olduğunu bildirib.

Bu mövsüm Sesko 43 oyuna çıxıb, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

Избранный
0
operativmedia.az

1Источники