RU

Belarusun Baş naziri Azərbaycana səfər edib

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfər edib.

İki sahil” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Qeyd edilib ki, səfər çərçivəsində Aleksandr Turçinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, həmçinin Baş nazir Əli Əsədovla təkbətək və geniş tərkibdə danışıqlar aparması planlaşdırılır.

Belarus hökumətinin başçısı Belarus-Azərbaycan biznes forumunda da iştirak edəcək, onun yekununda bir sıra müqavilələrin imzalanması planlaşdırılır.

A.Turçin həmçinin Bakıda bir sıra obyektlərə, o cümlədən “Belaruski” mağazalar şəbəkəsinin Belarus ərzaq mağazasına, “Vertus Engineering Co” şirkətinin birgə lift yığma zavoduna və Fövqəladə Hallar Nazirliyinin bölməsinə baş çəkəcək.

Bundan əlavə, Belarusun Baş naziri noyabrın 8-də ümummilli lider Heydər Əliyevin məzarı və Qələbə abidəsi önünə əklillər, Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri qoyacaq.

Əli Əsədovla birlikdə Füzuli şəhərində dağıdılmış və bərpa edilmiş obyektlərə baxış keçirmək, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidmətinə MAZ-5907S2-012 markalı bələdiyyə avtomobilinin hədiyyə ediləcəyi Ağdam Sənaye Parkına baş çəkmək planlaşdırılır. Belarus və Azərbaycan hökumət başçıları Qızıl Kəngərli kəndi ərazisində gələcək aqroşəhərin ərazisinə də baxış keçirməyi planlaşdırırlar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
0
1
ikisahil.az

2Источники