Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli strukturuna qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, FETÖ/PDY silahlı terror təşkilatının Daxili İşlər Nazirliyinin tabeliyindəki qurumlarda gizli şəkildə fəaliyyət göstərən 38 üzvü barədə həbs qərarı verilib.
Saxlanılanlardan 20 nəfərin hazırda müxtəlif dövlət qurumlarında işlədiyi bildirilib.
Digər şübhəlilərin axtarışı və istintaqa cəlb olunması üçün tədbirlər davam edir.
Nuriyyə Musayeva