RU

Bu binada yaşayış olduğu halda söküntü işləri aparılır -Video

Bakının Nəsimi rayonu, Qərib Babayev küçəsində binada yaşayış olduğu halda evlər sökülüb.

“Qafqazinfo” xəbər verir ki, Xəzər TV sözügedən ərazidən süjet hazırlayıb.

Bildirilib ki, binadan 80-dən çox ailə köçürülüb, 2 ev isə qalıb.

Sakinlərin iddiasına görə, evdən çıxmağı qəbul etməsələr də, söküntü işlərinə başlanılıb: “Söküntüyə görə su kəsilib, kanalizasiya boruları işləmir”.

Digər vətəndaş isə təklif olunan məbləğə ev ala bilməyəcəyini deyib: “Bütün sakinləri razılığa gətiriblər, məni yox... Evimiz 15 kvadrat metrdir, mənə 39-40 min təklif edirlər. Ancaq mən bu kompensasiya ilə razılaşmıram. Çünki o məbləğə heç bir yerdən ev almaq mümkün deyil”.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda park salınacaq: “Gələn həftə kompensasiyanın azlığından şikayətlənən sakinlərlə danışıqlar aparılacaq”.

Daha ətraflı videomaterialda:

Избранный
0
4
qafqazinfo.az

6Источники