RU

Zelenski: Ukrayna Rusiyanın üç günlük atəşkəsə əməl edəcəyinə inanmır...

Ukrayna Putinin elan etdiyi üç günlük atəşkəsə Rusiya tərəfinin əməl edəcəyinə inanmır...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti bunu Praqada Çexiya prezidenti Petr Pavellə mətbuat konfransında bildirib.

“Təəssüf ki, biz bu qonşuların kim olduğunu və ilk növbədə öz dövlətləri daxilində bəzi radikal siyasi dividentlər naminə nə etməyə hazır olduqlarını başa düşürük” deyən Zelenski Rusiyanın Pasxa bayramında elan etdiyi "atəşkəs" zamanı rus qoşunlarının 100-dən çox hücum təşkil etdiyini xatırladıb.

Xatırladaq ki, hər iki tərəf Rusiyanın aprel ayında elan etdiyi 30 saatlıq Pasxa atəşkəsi pozmaqda bir-birini günahlandırıb.

“Yəni etimad yoxdur, təxribatlar ola bilər. Amma bu, ruslardan asılıdır. Əgər kimsə hələ də onlara inanırsa, qoy bunu özlərində sınasınlar”, deyə Zelenski bildirib.

“Bu, böyük teatr tamaşasıdır”, deyə Zelenski Putinin üç günlük atəşkəs ideyasını şərh edib.

Poliqon.info

Избранный
0
poliqon.info

1Источники