RU

Ruben Amorim “Brentford”a məğlubiyyətə aydınlıq gətirdi

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 35-ci turunun “Brentford”la səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” 3:4 hesablı məğlubiyyətə üzülüblər.

“Mançester Yunayted” hesabı açdığı oyunda 1:4 hesablı biabırçı məğlubiyyətdən qurtulmaqla təsəlli tapmalı olub.

Ruben Amorim matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz oyuna yaxşıca girişdik, gedişata heç də pis nəzarət etmirdik, amma rəqibin atışları və standart vəziyyətləri bizim üçün fəsada çevrildi. Amma bunca yüksək keyfiyyətli oyunçularımızın yoxluğunda, burada heç bir qeyri-adilik yoxdur. Biz hesab arasındakı fərqi azaltmağa cəhd etdik və heç-heçəyə yaxın idik, rəqibə basqı edib yerinə oturtmağa çalışdıq, amma yekunda məğlub olduq”, – “Sky Sports” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.

35 oyundan 39 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Brentford” isə 52 xalla 9-cu pillədədir.

İngiltərə Premyer Liqasının cari mövsüm çempionu isə “Liverpul”dur, “qırmızılar” qalib adını 34-cü turda “Tottenhem” üzərində 5:1 hesablı ev qələbəsi sayəsində erkən surətdə təmin ediblər.

Əlavə edək ki, “Mançester Yunayted” artıq ardıcıl 6 oyundur ki, Premyer Liqada qələbə üzünə həsrətdir. “Qırmızı şeytanlar” Premyer Liqada tarixən ən bərbad mövsümlərini keçirirlər.

Bundan əlavə “Mançester Yunayted” “arılar”a qarşı oyuna Premyer Liqada tarixən ən gənc heyətini çıxarıb. “Qırmızı şeytanlar”ın orta yaş həddi 22 yaş 270 gün təşkil edib.

Избранный
0
arena.az

1Источники