RU

Vüsal həm qol vurdu, həm asist etdi, həm cəzalandı, Coşqun isə sonda yada düşdü

Türkiyə 1-ci liqasında 37-ci turun oyunları baş tutub.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.

Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Boluspor” evdə “Yeni Malatyaspor”u 10:1 hesablı darmadağına sevinib. Vüsal əvəzolunmadan keçirdiyi matçda bir qol, bir ötürmə və bir sarı vərəqə ilə yadda qalıb.

Coşqun Diniyevli “Çorum” isə evdə “Şanlıurfaspor” üzərində əzmkar qələbəyə sevinib – 2:1. Millimizin üzvü 83-cü dəqiqədə - hesab 1:1 olarkən oyuna qoşulub.

Hazırda “Boluspor” 58 xalla 8-ci, “Çorum” isə 54 xalla 10-cu pillədə mövqe tutub.

Избранный
0
fanat.az

1Источники