RU

Dövlət Baxçalı: "Əgər bu işin arxasındakı sirr varsa, açılmalıdır"

MHP sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin anım mərasimində CHP sədri Özgür Özəlin döyülməsini pisləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baxçalı belə bir gündə, hamının gözü önündə baş verən sözügedən hadisəni təxribat sayıb: "Biz hər cür zorakılığın əleyhinəyik. Baş verənləri şiddətlə pisləyirəm"

MHP lideri siyasi və ictimai əmin-amanlıq naminə bu mənfur və lənətlənmiş hücumu dərindən araşdırılmasını tələb edib: "Əgər bu işin arxasındakı sirr varsa, açılmalıdır". 

Tahir Şəlvəli
MİA.AZ

 

Избранный
0
mia.az

1Источники