RU

Donald Tramp xarici filmlərə 100 faizlik rüsum tətbiq etmək istəyir

Tramp Ticarət Departamentinə və ABŞ-nin Ticarət Nümayəndəsinə ölkəyə gələn bütün xarici istehsalı olan filmlərə 100 faizlik rüsumların tətbiqi prosesinə başlamaq səlahiyyəti verib.

ABŞ Prezidenti Donald Tramp Amerikadakı film sənayesinin çox sürətlə “ölməkdə” olduğunu bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda "Truth Social" sosial şəbəkəsində yazıb.

O, digər ölkələrin film istehsalçılarını və studiyalarını ABŞ-dən uzaqlaşdırmaq üçün hər cür təşviqlər təqdim etdiklərinə işarə edərək, “Hollivud və ABŞ-nin bir çox bölgəsi demək olar ki, viranə qalır,” – deyə qiymətləndirmə aparıb.

Tramp bunun digər ölkələrin qəsdən atdığı bir addım olduğunu və buna görə də milli təhlükəsizlik üçün təhdid yaratdığını vurğulayıb, bununla yanaşı bunun bir mesaj və təbliğat vasitəsi olduğunu da qeyd edib.

ABŞ Prezidenti Tramp bildirib: “Bu səbəbdən Ticarət Nazirliyinə və ABŞ Ticarət Nümayəndəliyinə xarici ölkələrdə istehsal edilən və ölkəmizə idxal olunan bütün filmlərə 100 faiz gömrük rüsumu tətbiq etmə prosesinə dərhal başlamaq səlahiyyəti verirəm. Filmlərin yenidən Amerikada çəkilməsini istəyirik.”

Избранный
0
operativmedia.az

1Источники