RU

Estoniyada “Siil 2025” adlı ən böyük hərbi təlim başlayır

Estoniya Müdafiə Qüvvələri və müttəfiq qoşunların ən böyük birgə təlimləri olan “Siil 2025” 5-23 may tarixlərində keçiriləcək.

“Report” Estoniya Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərdə Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Danimarka, İsveç, Finlandiya, Latviya, ABŞ və Kanadadan 16 mindən çox əsgər, Yaponiya, İsrail və Ukraynadan müşahidəçilər və təlimatçılar iştirak edəcəklər.

“Təlimlərin əsas məqsədi müttəfiqlərlə əməkdaşlıq çərçivəsində Estoniya və regional müdafiə planlarının əsas vəzifələrinin yerinə yetirilməsinin məşq edilməsi, həmçinin Müdafiə Qüvvələri və müttəfiq bölmələrin döyüş hazırlığının yoxlanılmasıdır. “Siil 2025” çərçivəsində bu il xüsusi diqqət Estoniyaya əlavə müttəfiq hissələrin gətirilməsinə, həmçinin bu hissələrin dərhal döyüş hazırlığı ilə Estoniya diviziyasına qəbul edilməsi və inteqrasiyasına yönəldiləcək”, – Estoniya Müdafiə Qüvvələrinin məlumatında deyilir.

Qurumda qeyd ediblər ki, “Siil 2025” çərçivəsində əsas döyüş hazırlığı tədbirləri Estoniyanın şimal-şərq və cənub-şərq hissəsində, Müdafiə Qüvvələrinin bir neçə poliqonunda və onların ətrafında keçiriləcək.

Təlimlər daha az dərəcədə Estoniyanın qərb, şimal və mərkəzi hissələrini əhatə edəcək. Müttəfiqlərin birləşmiş qüvvələrinin ayrı-ayrı taktiki hərəkətləri bütün ölkə ərazisində müşahidə olunacaq.

Избранный
0
2
report.az

3Источники