ABŞ Prezidenti Donald Tramp "TikTok" tətbiqi ilə bağlı danışıb.
Operativ Media xəbər verir ki, tətbiqin qadağan olunmasına dair qanunun qüvvəyə minəcəyi tarixin uzadılıb-uzadılmayacağı sualına Tramp, bunun mümkün ola biləcəyini deyib.
"TikTok"un ABŞ gəncləri arasında populyarlığına diqqət çəkən Tramp, tətbiqin onun "qəlbində bir yeri" olduğunu bildirib.
Amerika şirkətinə satılmadığı təqdirdə "TikTok"un ABŞ-də qadağan olunmasını nəzərdə tutan qanuna əsasən, tətbiq 19 yanvarda ölkədə istifadəyə bağlanmış, həmin gün yenidən aktivləşdirilmişdi.
ABŞ Prezidenti Tramp vəzifəsinin ilk günündə bu qanunun tətbiqini 75 gün müddətinə dayandırmağı nəzərdə tutan fərman imzalamış, 4 aprel tarixində isə bu müddəti əlavə 75 gün uzatmışdı.