RU

Dünyada ilk dəfə Rusiyanın "Kinjal" raketini vurmuş Ukrayna döyüşçüsü üzə çıxdı...-VİDEO

2023-cü il mayın 4-də Kiyevin “Mərkəz” hava komandanlığı briqadasının 96-cı zenit-raket bölməsinin döyüşüçləri ilk dəfə olaraq Rusiyanın “Kinjal” hiper-səs ballistik raketini məhv ediblər.
 
Moderator.az  "Fokus" və "UNİAN" nəşrlərinə istinadla xəbər verir ki, dünən - mayın 4-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri öz telegram kanalında həmin gecə işləyən Amerikanın “Patriot” zenit-raket kompleksinin operatorunun hekayəsini dərc edib. Dmitri adlı döyüşdü bildirib ki, Ukrayna ordusu sıralarına qoşulmazdan əvvəl proqramçı işləyib:
 
“Mən sadə bir proqramçı kimi “Patriot” hava hücumundan müdafiə sistemini mənimsəyəcəyimi və dünyada ilk dəfə “Kinjal” raketinin vuracağımı ağlıma belə gətirə bilməzdim”.
 
Əsgər xatırladır ki, hücum zamanı onlar Kiyev üzərində ballistik raketdən xəbərdar idilər, lakin bunun “İskəndər” olduğuna inanırdılar. Döyüşçülər "Kinjal"ı vurduqlarını yalnız qalıqlar aşkar edildikdən sonra öyrəniblər.
 
 
"Hamı sevinirdi, hamı bir-birini təbrik edirdi. Biz çox məmnun idik. Rusiya dedi ki, "kinjal"ları vurmaq mümkün deyil, amma məlum oldu ki, hər şeyi vurmaq olar, hər şeyi vurulur", - Dmitri əlavə edib.
 
İlk dəfə "Kinjal" raketinin vurulması...
 
Xatırladılır ki, Ukrayna iki il əvvəl Rusiyanın hiper-səs “Kinjal” raketini ilk dəfə uğurla "tutduğu"nu rəsmən elan edib.
 
Bu, hava hücumundan müdafiə sahəsində əlamətdar hadisə oldu, çünki o ana qədər bu cür raketləri buraxıldıqdan sonra məhv etmək demək olar ki, qeyri-mümkün hesab olunurdu.
 
Raket bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş Amerikanın “Patriot” hava hücumundan müdafiə sisteminin işi sayəsində vurulub. Həmin vaxt Kiyev Amerika Birləşmiş Ştatlarına verilən avadanlıqlara görə təşəkkür edib.
 
Rusiya tərəfi raketin itirilməsini etiraf etməsə də, həmişə olduğu kimi, Ukraynanı yalan danışmaqda ittiham edib.

S.Laçın

Избранный
0
moderator.az

1Источники