RU

Rusiya daha bir ölkəyə hücuma hazırlaşır? – ANONS verildi

 

Rusiya hökumətinə yaxın mətbuat orqanı kimi tanınan “RİA Novosti”nin Moldova ilə bağlı iddiası birmənalı qarşılanmayıb. Nəşrin məlumatına görə, Moldovanın tarix dərsliyində moldovalıların müstəqil bir millət olaraq mövcudluğu rədd edilir. Bildirilir ki, dərslikdə Moldova ərazisinin rumın xalqlarının ilkin torpağı olduğu vurğulanır.

Bəzi ekspertlər Dnestryanı faktorunu nəzərə alaraq bu cür xəbərlərin Rusiya üçün yeni ərazi iddialarını gündəmə gətirə biləcəyini istisna etmirlər.

Rusiya Ukraynadan sonra Moldovaya hərbi müdaxilə edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Moldova və Rumıniyanın vaxtilə birlikdə olması bu gün Moldova üçün ciddi geosiyasi problemlər yaradır:

“Hazırda Moldovada Rumıniya ilə birləşmək istəyən, Rusiya tərəfdarı olan qüvvələr mövcuddur. Moldova milləti vardır və bu millətin tarixi kökləri çox dərindir. Vaxtilə Rumıniya ərazisində Valaxiyya bəyliyi adında dövlət var idi. Onun Moldova ilə ittifaqı mövcud olmuşdu. Bu tarix bu gün Moldova və Rumıniya arasında bir çox ideoloji paralellərin yaranmasına səbəb olur. Bir çox təhlilçi hesab edir ki, Moldova və Rumıniya əslində bir dövlət kimi tarixən birləşmişdi. Digər tərəfdən, Rumıniyanın keçmiş prezidenti Trayan Basesku dəfələrlə Moldova ilə bağlı açıq mövqeyini ifadə etmiş və bu ölkənin suverenliyinə hörmətlə yanaşılmasını vurğulamışdı”.

Politoloq bildirib ki, Rusiyanın məsələyə müdaxiləsi Moskvanın yeni geosiyasi ambisiyalarını göstərir:

“Moldovanın bir hissəsi olan Dnestryanı xüsusilə diqqət çəkir. Burada separatçılıq hərəkatı hökm sürür. SSRİ dağıldıqdan sonra da bu bölgə sosialist ideologiyasını qorumaqda davam edir. Bu bölgədə sovet təsiri hələ də mövcuddur və həmin dövrün köhnə sistemləri işlək vəziyyətdədir. Bir çox sahələr hələ də sovet təsiri altında qalır və bu, Rusiyanın SSRİ-ni yenidən qurmaq arzularını dəstəkləyən qüvvələr tərəfindən idarə olunur”.

Z.Əmrəliyev qeyd edib ki, Moldova lideri Maya Sandunun açıq şəkildə Rusiyaya qarşı siyasət yürütməsi Moskvada qıcıq yaradır:

“Bu siyasət Moldova ilə Rusiya arasındakı əlaqələri daha da gərginləşdirə və Kişniyovdakı məsələlərə təsir edə bilər. Ukrayna müharibəsindən sonra Moldovada da oxşar vəziyyətin yaranacağı ilə bağlı ehtimallar səsləndirilir. Bu, narahatedicidir. Moldovanın gələcəyi və dövlətin müstəqil mövqeyi bölgədəki gərginliklərə necə cavab verəcəyi ilə əlaqədar vacibdir”.

Избранный
0
2
news24.az

3Источники