RU

ABŞ xarici kinematoqrafiya məhsullarına 100%-lik rüsum tətbiq edəcək

ABŞ hökuməti xarici kinematoqrafiyaya 100% miqdarında gömrük rüsumları tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə bazar günü ABŞ prezidenti Donald Tramp açıqlama verib.

"Amerikada kino sənayesi çox sürətlə ölür. Digər ölkələr kinorejissorlarımızı və studiyalarımızı Birləşmiş Ştatlardan uzaqlaşdırmaq üçün hər cür təşviqlər təklif edir. Hollivud və Birləşmiş Ştatlarda bir çox başqa sənayelər iflas edir. Bu, digər ölkələrin birgə səyidir və buna görə də milli təhlükəsizliyə təhdiddir. Hər şeydən əlavə, bu, həm də məlumatların yayılmasıdır. Amerika Birləşmiş Ştatlarının Ticarət Nümayəndəliyi ölkəmizə gələn və başqa ölkələrdə istehsal olunan bütün filmlərə 100 faizlik gömrük rüsumunun tətbiqi prosesinə dərhal başlasın”, - o deyib.

Избранный
0
2
apa.az

3Источники