RU

ABŞ Sənadakı husilərin silah anbarlarını VURDU

ABŞ ordusu Sənanın cənubunda "Ənsar Allah" hərəkatının yəmənli husi üsyançılarına hücum edib.

Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, ABŞ ordusu husilərin silah anbarlarına ən azı üç hava zərbəsi endirib.

Martın 15-də ABŞ Prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. Onun sözlərinə görə, hərbi əməliyyat Amerikanın gəmiçilik, hava və dəniz qüvvələrini qorumaq və naviqasiya azadlığını bərpa etmək məqsədi daşıyır.

Избранный
0
20
publika.az

10Источники