RU

“Zirə”də ilk belə hadisə baş verdi, “Sumqayıt” xətərdən yan ötüşdü

Premyer Liqanın XXXIII turu “Zirə”nin mövsümdə ilk dəfə qırmızı vərəqə ilə cəzalanması ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, əvvəlki 32 turda belə cəza almayan qəsəbə klubu “Turan Tovuz”la görüşdə azlıqda qalıb.

Ev oyununda Qismət Alıyev cəzalanıb. Komandasının kapitanı 59-cu dəqiqədə qırmızı vərəqə görüb.

“Zirə” cari mövsümdə belə cəza alan 9-cu komanda olub. Yalnız “Sumqayıt” çempionatı qırmızı görmədən davam etdirir.

Cari mövsümdə 22 belə cəza verilib. Rəsmi şəxslərin də cəzalarını nəzərə alsaq, “Səbail”lə “Neftçi” də “Zirə” kimi 1, “Kəpəz”, “Qarabağ”, “Şamaxı” 2, “Sabah” 3, “Turan Tovuz”, 4, “Araz-Naxçıvan” 6 qırımızı vərəqə alıb.

Избранный
0
sportinfo.az

1Источники