Türkiyə Superliqasında 34-cü turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün turun mərkəzi matçında əzəli rəqiblər "Fənərbaxça" ilə "Beşiktaş" üz-üzə gəlib.
"Şükrü Saracoğlu" stadionunda keçirilən İstanbul derbisi "Beşiktaş"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunlarda "Samsunspor" "Eyüpspor"a, "Göztəpə" "Adana Dəmirspor"a qalib gəlib.
4 may
Türkiyə Superliqası, 34-cü tur
"Samsunspor" – "Eyüpspor" - 3:0
Qollar: Dimata, 4. Y.E.Çift, 61. Marius, 90+5.
"Adana Dəmirspor" – "Göztəpə" - 1:2
Qollar: A.Kol, 33 – K.Kanatsızkuş, 3. Nielsen, 9.
"Fənərbaxça" - "Beşiktaş" - 0:1
Qol: J.Fernandes, 44.
Bu nəticədən sonra "Fənərbaxça" 75 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Qalatasaray"dan 8 xal geri qalır. 55 xalı olan "Beşiktaş" isə 4-cü yerdədir.