RU

“Ya sülh, ya cəza!” – Tramp Rusiyanı seçim qarşısında qoydu

ABŞ Prezidenti Donald Tramp Rusiya Ukrayna münaqişəsinin həllinə dair Vaşinqtonun təklif etdiyi ideyaları qəbul etməsə, Konqresdə irəli sürülmüş sanksiya qanun layihəsini dəstəkləyə biləcəyini istisna etməyib.

Turkustan.az xəbər verir ki, o bu barədə “NBC News”a müsahibəsində bildirib.

“Bu, Rusiyanın sülhə yönəlik davranış nümayiş etdirib-etdirməyəcəyindən asılı olacaq”, – Tramp deyib.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Konqresində Demokrat və Respublikaçılardan ibarət bir qrup senator tərəfindən yeni qanun layihəsi təqdim olunub. Layihədə Rusiyaya qarşı birinci və ikinci dərəcəli sanksiyaların tətbiqi nəzərdə tutulur. Əgər Moskva Vaşinqtonun sülh təkliflərini rədd edərsə, həm Rusiya, həm də onunla ticarət edən ölkələr hədəf alınacaq.

Sənəddə Rusiyanın neft, qaz, uran və digər məhsullarını alan ölkələrdən idxal edilən mallara 500 faiz gömrük rüsumu tətbiqi təklif olunub.

Qanun layihəsinin müəllifləri — Rusiyanın ekstremistlər və terrorçular siyahısına saldığı senator Lindsi Qrem və Riçard Blumental — hesab edirlər ki, bu addım Moskvanı kompromisə gəlməyə məcbur edə bilər.

Xatırladaq ki, mart ayında Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın və Qərbin tətbiq etdiyi bütün sanksiyaları qanunsuz adlandırmış və onların ləğvini tələb etmişdi. /globalinfo.az/

Избранный
0
turkustan.az

1Источники