RU

“Yaşıl Avrasiya” beynəlxalq iqlim müsabiqəsi keçirilir



Özbəkistan “Yaşıl Avrasiya” üçüncü beynəlxalq iqlim müsabiqəsində iştirak edir.

Newscenter.az "Sputnik Özbəkstan"a istinadən bildirir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Aİ və Yeni Layihələrin Təşviqi üzrə Strateji Təşəbbüslər Agentliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən “Yaşıl Avrasiya” üçüncü beynəlxalq iqlim müsabiqəsinə ərizələrin qəbulu başa çatıb.

Sənədlər Avrasiya İqtisadi Birliyinin (Aİİ) bütün beş ölkəsindən, eləcə də qurumun əsas ticarət tərəfdaşlarından olan Çin, Hindistan, İrandan daxil olub.

Bundan əlavə, Cənubi Afrika, Efiopiya, Bolqarıstan, Moldova, Tacikistan və Seneqal nümayəndələri tərəfindən ərizələr təqdim edilib ki, bu da müsabiqənin coğrafiyasını xeyli genişləndirib.

Müsabiqənin qalib və mükafatçılarının mükafatlandırma mərasimi və onların layihələrinin təqdimatı Minsk Avrasiya İqtisadi Forumu çərçivəsində keçiriləcək.

Anar Əliyev
Избранный
0
newscenter.az

1Источники