Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Brentford” – “Mançester Yunayted” matçında meydan sahibləri qələbə qazanıblar.
“Çelsi” də “Liverpul”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
“Brayton” – “Nyukasl” və “Vest Hem” – “Tottenhem” görüşlərində isə qalib müəyyənləşməyib.
35-ci tura mayın 5-də keçiriləcək “Kristal Pelas” – “Nottingem Forest” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
35-ci tur
2 may
Mançester Siti – Vulverhempton 1:0
Qol: De Bröyne, 35.
3 may
Aston Villa – Fulhem 1:0
Qol: Tilemans, 12.
Everton – İpsviç Taun 2:2
Qollar: Beto, 26. Maknil, 35 – Enkizo, 41. Herst, 79.
Lester Siti – Sauthempton 2:0
Qollar: Vardi, 17. Ayyu, 44.
Arsenal – Bornmut 1:2
Qollar: Rays, 34 – Höysen, 67. Evanilson, 75.
4 may
Brentford – Mançester Yunayted 4:3
Qollar: Şou, 27-öz qapısına. Şade, 33; 70. Vissa, 74 – Maunt, 14. Qarnaço, 82. Diallo, 90+5.
Brayton – Nyukasl 1:1
Qollar: Minte, 28 – A.İsak, 89-öz qapısına.
Vest Hem – Tottenhem 1:1
Qollar: Bouen, 28 – Odober, 15.
Çelsi – Liverpul 3:1
Qollar: E.Fernandes, 3. Kuansa, 56-öz qapısına. Palmer, 90+6-pen – Van Deyk, 85.
5 may
23:00. Kristal Pelas – Nottingem Forest