RU

Mahirin komandası uduzdu

Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniyanın 2-ci bundesliqasında 32-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Miroslav Klozenin komandası öz meydanında "Elversberq"lə qarşılaşıb.

Həmyerlimiz əsas heyətdə yer alıb və sonadək meydanda olub. "Nürnberq" bu oyunda 1:3 hesabıyla uduzub.

Mahirin komandası 45 xalla 10-cu sıradadı.

Избранный
0
football-plus.az

1Источники