RU

Millət vəkili Azər Badamov Moskvada niyə saxlanılıb?VİDEO

Xəbər verdiyimiz kimi, deputat Azər Badamov Moskva aeroportunda saxlanılıb.

Hadisə bu gün Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanılması zamanı baş verib..

Belə ki, heyətin tərkibinə daxil olan deputat Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Bunun ardınca isə onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Deputat Azərbaycana geri qayıdıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.

Politoloq İlyas Hüseynov deyir ki, Rusiya tərəfinin bu addımı Azərbaycanla Rusiya arasındakı münasibətlərə xələl gətirir.

Ehtimal edilir ki,  Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyeva media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Избранный
0
13
xezerxeber.az

10Источники