RU

Cavadov “Qarabağ”a məğlubiyyəti şərh etdi

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Fürsətdən istifadə edib, “Qarabağ”ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Onlar sona 4 tur qalmışdan çempionluğu rəsmiləşdirib. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq.

– Bu cür təslimçi əhval-ruhiyyədə oyuna çıxmaq nə dərəcədə doğrudur?

– Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi.

– “Sumqayıt”da qalmağa layiq məşqçi olduğunuzu düşünürsünüz? 

– Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq.

Şahin Cəfərov 

Избранный
0
futbolpress.az

1Источники