RU

ABŞ Ukrayna üzrə danışıqlardan çıxa bilər


ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlar prosesindən çıxmaq ehtimalını gündəmə gətirib.
Yeniavaz.com
xəbər verir ki, “NBC News”a verdiyi müsahibədə Tramp jurnalistin ABŞ-nin Ukrayna üzrə dialoqundan nə vaxt çıxacağı ilə bağlı sualına cavab olaraq qeyd edib: “Müəyyən bir məqam gələcək ki, bu barədə qərar vermək lazım olacaq. Ola bilər ki, mən bu məsələni həll edə bilməyim və ya razılıq əldə etmək ümumiyyətlə mümkün olmasın”.
Bu bəyanat mayın 2-də ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryusun açıqlamasından bir gün sonraya təsadüf edir. Bryus qeyd edib ki, Vaşinqton Moskva və Kiyev arasında vasitəçi kimi fəaliyyətini davam etdirməyə hazırdır, lakin əgər prosesdə irəliləyiş olmazsa, vəziyyətin dəyişə biləcəyi istisna deyil.
Избранный
0
yeniavaz.com

1Источники