RU

Putin xələfi barədə daim düşünür

"Xələfim barədə daim düşünürəm".

 

Bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

 

Bununla belə, Kremlin rəhbəri vurğulayıb ki, yekun nəticədə seçimi rusiyalılar edəcəklər:

 

"Fikrimcə, insanların seçimi olmasından ötrü bir neçə namizəd olmalıdır. Həmin adam ölkə vətəndaşlarının etimadını qazanmalıdır. Bu etimad olmasa, onun ciddi nəsə etmək şansı olmayacaq".

 

Qeyd edək ki, V.Putinin prezidentlik müddəti 2030-cu il mayın 7-də başa çatacaq./Oxu.az

Tarix: 4 May 2025, 19:00   
Избранный
0
1
pravda.az

2Источники