RU

Tramp Roma Papasının geyimində taxtda oturdu


Amerika prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Papa obrazını yerləşdirib. Çox güman ki, neyron şəbəkələrdən istifadə etməklə yaradılan şəkil heç bir mətnlə müşayiət edilməyib. Burada ABŞ lideri ağ cübbədə, başında katolik mitrası və sinəsində böyük qızıl xaç təsvir edilmişdir. Respublikaçı “Papa” şəhadət barmağını yuxarı qaldıraraq zərli taxtda oturur. Bundan əvvəl jurnalistlərlə söhbətində Tramp zarafatla demişdi ki, o, yeni Papa olmaq istəyir. "Bu, mənim bir nömrəli seçimim olardı" deyən ABŞ Prezidenti, pontifik vəzifəsinə mümkün namizədlər arasında heç birinə üstünlük vermədiyini bildirib.

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники